Bu rayona 1 metrə yaxın qar yağıb - Video

bu-rayona-1-metre-yaxin-qar-yagib
Oxunma sayı: 14371

“Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda əksər ərazilərə qar yağır”​. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib. 

O qeyd edilib ki, ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.

Xidmət rəsmisinin sözlərinə görə, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.