Bu rayonda qaz olmayacaq

bu-rayonda-qaz-olmayacaq
Oxunma sayı: 4582

Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə C. Məmmədquluzadə, H. Ələsgərov, H. Sarabski, A. Qurbanov, Mərdanov qardaşları, N. Vəzirov, M. Sənani, A. Səhhət, N. Yusifbəyli, İ. İsmayılov küçələrində, Azərbaycan Dövlət Tibb Universiteti və 1 nömrəli xəstəxana ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.