“Lion”un baş məşqçisi Paulo Fonseka FIFA-nın ABŞ Prezidenti Donald Trampa “Sülh Mükafatı” vermək qərarını sərt şəkildə pisləyib.
“Qafqazinfo” “L'Équipe” qəzetinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis FIFA-nın bu addımını futbol adına rüsvayçılıq adlandırıb.
“Bunu görəndə nə hiss etdiyimi bilirsinizmi? Ayıbdır, çox kədərlidir. Futbol buna layiq deyil. Amerika prezidenti insanlarla maraqlanmır, o, yalnız pul haqqında düşünür”, – deyə Fonseka müsahibəsində bildirib.
Xatırladaq ki, FIFA-nın təsis etdiyi ilk “Sülh Mükafatı” 2025-ci il dekabrın 5-də Vaşinqtondakı Kennedi Mərkəzində keçirilən DÇ-2026-nın püşkatma mərasimi zamanı Donald Trampa təqdim olunub. FIFA prezidenti Canni İnfantino bu mükafatı Trampın İsrail-Qəzza atəşkəsi və digər sülh təşəbbüslərindəki rolu ilə əlaqələndirib. Mərasimdə Trampa yer kürəsini qucaqlayan dörd əlin təsvir edildiyi xüsusi heykəlcik və medal verilib.
Son xəbərlər
Son Xəbərlər