Bu şəxslərə Hesablama Palatasında vəzifə veriləcək

bu-sexslere-hesablama-palatasinda-vezife-verilecek
Oxunma sayı: 2704

Milli Məclisin sabah keçiriləcək plenar iclasında “Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələyə baxılacaq.

“Qafqazinfo” xəbər verir ki, palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.

Həmçinin Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramovun, Hilal Qorxmaz oğlu Hüseynovun və Vəfa Allahverən qızı Mütəllimovanın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, N. Sadıqov Hesablama Palatasının aparat rəhbəridir. Digər 3 şəxs isə Palatada şöbə müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, bir neçə gün öncə Hesablama Palatasının 7 auditorundan 4-ü - Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini olub. O, 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.

Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

Günel Türksoy