“Tibbi problemləri olan insanlar oruc tutmamalıdırlar”.
“Qafqazinfo” xəbər verir ki, bunu qastroenteroloq İnna Mazko deyib.
Həkimin sözlərinə görə, ürək-damar xəstəlikləri olan insanlara oruc tutmaqdan çəkinmək tövsiyə olunur.
“Gün ərzində sudan tamamilə imtina etmək ürək xəstəliyi olanlar üçün xüsusilə təhlükəlidir. Bu, susuzluğa və elektrolit balanssızlığına səbəb ola bilər. Bu da öz növbəsində ürək döyüntülərinin nizamsızlığına gətirib çıxarar”.
O bildirib ki, oruc diabet xəstələri üçün də az təhlükəli deyil.
“Diabetli insanlar qlükoza səviyyəsinin kəskin düşməməsi üçün yalnız karbohidratlar deyil, həm də zülal ehtiva edən qidalara ehtiyac duyurlar. Eyni zamanda, oruc tutmaq pankreatit, kəskin mərhələdə olan mədə xorası olanlar və ya əməliyyatdan, kimyaterapiya, şüa terapiyası kimi ağır müalicələrdən sonra sağalma dövründə olanlar üçün də təhlükəlidir”, - deyə həkim əlavə edib.
Son xəbərlər
Son Xəbərlər