Budanovun həyat yoldaşını zəhərləyiblər

budanovun-heyat-yoldasini-zeherleyibler
Oxunma sayı: 3013

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanovun həyat yoldaşı Marianna Budanova xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Strana” portalına istinadən xəbər verir ki, Budanovanın zəhərləndirildiyi ehtimal edilir. Belə ki, onda ağır metallarla zəhərlənmə aşkar olunub. 

Bildirilir ki, sözügedən maddələr adi məişət şəraitində istifadə olunmur və bu səbəbdən də onun qəsdən zəhərləndirilməsi güman edilir. Bununla yanaşı, idarənin bir neçə əməkdaşında da zəhərlənmə qeydə alınıb. 

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.