Bulvardakı qazon kranları düzgün quraşdırılmayıb- - Fotolar

bulvardaki-qazon-kranlari-duzgun-qurasdirilmayib-
Oxunma sayı: 3207


Yeni bulvarda gəzinti üçün nəzərdə tutulmuş yolun üzərinə axan su vətəndaşların narahatlığına səbəb olub. 

“Qafqazinfo”nun əməkdaşının Crystal Hall-un ətrafında çəkdiyi fotolardan da görünür ki, qazonu (ot örtüyü) suvarmalı olan kranlar bütün yolu sulayır. Belə ki, ot örtüyü üçün nəzərdə tutulmuş avtokranlar fırlanaraq qazon olmayan, əhalinin gəzdiyi boş ərazini də isladırlar. Kranlar düzgün quraşdırılmadığından bulvarın böyük bir hissəsində müəyyən istiqamətdən digər istiqamətə su axını baş verib. 

Qeyd edək ki, fotolar bulvarda külək əsməyən bir vaxtda çəkilib. Yəni, suyun istiqamətini küləyin dəyişməsini iddia etmək də düzgün deyil.