“Buna göz yummaq ikiüzlülükdən başqa bir şey deyil” - Ayxan Hacızadə

buna-goz-yummaq-ikiuzlulukden-basqa-bir-sey-deyil
Oxunma sayı: 2421

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Finlandiyanın Cənubi Qafqaz ölkələrindəki səfiri Kirsti Narineninin ermənilərin Qarabağı tərk etməsi ilə bağlı yazısına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib:

“Ermənistan azərbaycanlılara qarşı çoxsaylı vəhşiliklər törədib. Azərbaycan heç vaxt erməni vətəndaşlarını hədəf almamış, əksinə, onların reinteqrasiyaları üçün təhlükəsiz mühit təmin etmişdir. Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanın erməniləri zorla çıxarmadığını təsdiqləməsinə göz yummaq ikiüzlülükdən başqa bir şey deyil”.

Qeyd edək ki, daha əvvəl finlandiyalı səfir Qarabağ bölgəsinin erməni sakinlərinin regiondan guya könüllü ayrılmadığını yazıb.