Ötən gün “Turan Tovuz”la heç-heçə edən “Neftçi”nin futbolçusu Kristian Kostin oyunla bağlı fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Neftçi TV”yə danışıb.
“Ağır oyun oldu. Meydança da ağır idi. Sona qədər mübarizə apardıq. Qələbə qazanmaq istəyirdik, amma sonda bir xalla kifayətləndik. Heç vaxt oyunumla bağı fikir bildirmirəm. Bunun məsuliyyətini daşıyan insanlar var. Özüm yox, onlar performansımla bağlı danışsa, yaxşı olar”, - futbolçu qeyd edib.
Son xəbərlər
Son Xəbərlər