Britaniya kralı III Çarlz həyat yoldaşı kraliça Kamilla ilə Avstraliyaya 5 günlük səfəri zamanı qalmaqalla üzləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Belə ki, oktyabrın 21-də III Çarlz Avstraliya Parlamentində çıxış edib. Böyük Britaniya kralı çıxışını bitirdikdən sonra Avstraliyanın Viktoriya ştatının senatoru Lidiya Torp tərəfindən tənqid edilib. O, səhnəyə “bura sizin ölkəniz deyil” deyə qışqıraraq çıxıb.
“Bizə torpaqlarımızı geri verin. Bizdən oğurladıqlarını - sümüklərimizi, övladlarımızı, xalqımızı bizə qaytar. Sən bizim kralımız deyilsən. Siz bizim torpağımızı məhv etdiniz”, - deyə senator qışqırıb.
Bildirilir ki, təhlükəsizlik qüvvələri Lidiya Torpun monarxa yaxınlaşmasına əngəl törətməklə onu tez bir zamanda zaldan çıxarıb.