“Burada olanlar da, xalq da İlham Əliyevə səs verəcək”

burada-olanlar-da-xalq-da-ilham-eliyeve-ses-verecek
Oxunma sayı: 1202

“Azərbaycanda seçki keçirmək üçün mühit, ictimai-siyasi sabitlik var”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.

“Ərazimiz bütövdür. Azərbaycanın bütün ərazisində seçkilərin keçirilməsi üçün hər bir şəxsə şərait yaradılıb. Burada başqa cəhət axtarmağa ehtiyac yoxdur.

Azərbaycanda fevralın 7-də azad, ədalətli, demokratik prezident seçkiləri keçiriləcək. Bundan sonra qarşıda böyük hədəflər durur. Quruculuq işləri, regionda gücə çevrilmək, Şərqlə-Qərb arasında nəqliyyat dəhlizinə çevrilmək və s. Burada olanlar da, Azərbaycan xalqı da gəlib Prezident İlham Əliyevə səs verəcək”, - deyə deputat vurğulayıb.

Zaur Mirzə