Məşhur aktyor Burak Hakkı ailə həyatı qurur. “Qafqazinfo” xəbər verir ki, o, yunan sevgilisi Hara Pappa ilə münasibətini rəsmiləşdirmək qərarına gəlib.
Bir müddətdir ki, Yunanıstanda yaşayan və “Diriliş Ertuğrul” serialında rol almaq üçün Türkiyəyə gələn Hakkı evlilik yolunda ilk addımını atıb.
Burak Haraya evlilik təklifi edib, cavabı isə müsbət olub. Toyun bu ilin sonunda baş tutacağı da məlum olub.
Xatırladaq ki, Burak Sema Şimşek ilə 10 il evli qalıb, cütlük 2012-ci ildə rəsmi olaraq boşanıb.



Son xəbərlər
Son Xəbərlər