Burcu Biricik ana olacaq

burcu-biricik-ana-olacaq
Oxunma sayı: 2568

Türkiyənin tanınmış aktrisası Burcu Biricik ana olmağa hazırlaşır.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, bu barədə aktrisa özü jurnalistlərə açıqlamasında bildirib.

2016-cı ildə reklamçı Emre Yetkinlə ailə həyatı quran Burcu 3,5 aylıq hamilədir. Səkkiz ildir evli olan cütlüyün qızı olacaq.

Qeyd edək ki, Burcu Biricik “Hayat Şarkısı”, “Kuzgun”, “Camdaki kız” seriallarındakı rolları ilə məşhurluq qazanıb.