Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - Açıqlandı

canavar-hucumuna-meruz-qalan-sexslerin-veziyyeti
Oxunma sayı: 1283

Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərin vəziyyəti açıqlanıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, dekabrın 21-i saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.