Çavuşoğlu BMT-nin Baş katibi ilə bu məsələləri müzakirə etdi

cavusoglu-bmt-nin-bas-katibi-ile-bu-meseleleri-muzakire-etdi
Oxunma sayı: 860

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin baş katibi Antonio Quterreşlə telefonla danışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə olunub.

Belə ki, danışıqda Ukraynada baş verən müharibə, Əfqanıstandakı son vəziyyət, Suriyaya humanitar yardımın göstərilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, tərəflər "taxıl sazişi" nin gələcək hədəflərindən də söz açıblar.