Cəbrayıl Fərzəliyevin 12 il həbsi tələb edildi

cebrayil-ferzeliyevin-12-il-hebsi-teleb-edildi
Oxunma sayı: 4272

Yarım milyon manatlıq mənimsəmədə ittiham olunan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrayıl Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror C. Fərzəliyevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillərə çıxışa hazırlaşmaq üçün dekabrın 25-nə kimi vaxt verilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində “Paşa Bank” və “Gənclər Fondu” tanınıb.

Qeyd edək ki, C.Fərzəliyev politoloq kimi də fəaliyyət göstərib. O, 2018-ci ildə “Gənclər Fondu”nun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.