Cəlilabadda ağacəkmə aksiyası - Fotolar

celilabadda-agacekme-aksiyasi
Oxunma sayı: 2760

Dekabrın 2-də ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Cəlilabad Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Cəlilabad-Yardımlı avtomobil yolunun Şiləvəngə və Abışabad kəndlərindən keçən 3 km-lik hissəsində ağacəkmə aksiyası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, aksiyada rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-təşkilat əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib. 

Aksiya çərçivəsində 2000 ədəd ağac əkilmiş və ağaclara lazımi aqrotexniki qulluq göstərilib.