Cəlilabadda ağır qəza, xəsarət alanlar var

celilabadda-agir-qeza-xesaret-alanlar-var
Oxunma sayı: 2647

Ələt-Astara magistralında minik avtomobilləri toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə magistralın Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Nəzakət Gəncəliyevanın idarə etdiyi “Honda” markalı avtomobil “Chevrolet” markalı maşınla toqquşub.

Hadisə nəticəsində “Honda”danın sürücüsü, sərnişinləri - 1961-ci il təvəllüdlü Fərman Cəfərov və 44 yaşlı Ruslan Nəbiyev müxtəlif dərəcəli xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Surxay Şahbazov