Sabah muzeylərə giriş pulsuz olacaq

sabah-muzeylere-giris-pulsuz-olacaq
Oxunma sayı: 705

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.