“Biz onu iranlılarla birlikdə götürəcəyik” - Tramp

biz-onu-iranlilarla-birlikde-gotureceyik
Oxunma sayı: 494

ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması üçün həyata keçiriləcək potensial əməliyyatda Amerika ordusunun və piyada qoşunlarının iştirak etməyəcəyini bəyan edib.

“Qafqazinfo” “CBS” telekanalına istinadən xəbər verir ki, Tramp bu prosesin hərbi müdaxilə deyil, tərəfdaşlıq çərçivəsində baş tutacağını vurğulayıb.

“Xeyr, qoşun olmayacaq... Biz ora enib onu iranlılarla birlikdə götürəcəyik. Çünki o vaxta qədər artıq razılaşmamız olacaq. Razılaşma olduqda isə döyüşməyə ehtiyac qalmır”, – deyə Amerika lideri bildirib.

Qeyd edək ki, aprelin 17-də özünün “Truth Social” hesabında paylaşım edən Tramp İranla yeni nüvə sazişi imzalamaq niyyətində olduğunu təsdiqləyib. Razılaşmanın əsas bəndlərindən biri Tehranın əlindəki zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməsidir. Trampın planına görə, ABŞ uranı təhlükəsiz şəkildə ölkədən çıxarmaq üçün İrana xüsusi texnika və mütəxəssislər göndərəcək.