“İrana qarşı blokada razılaşmadan sonra ləğv ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Arizona ştatında hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, İranla əldə olunacaq mümkün razılaşmadan sonra bu ölkəyə qarşı tətbiq edilən blokada aradan qaldırılacaq.
Tramp qeyd edib ki, İranla danışıqlar bu həftəsonu davam etdiriləcək və tərəflər müsbət nəticə əldə etməyə ümid edirlər.
ABŞ Prezidenti əlavə edib ki, yaxın günlərdə yekun razılaşmaya nail olunması ehtimalı var: “Bir-iki gün ərzində İranla yekun razılaşma əldə edə bilərik”.
Tramp həmçinin bildirib ki, regionda, o cümlədən, Livanda müəyyən müsbət proseslər müşahidə olunur və hadisələrin inkişafı diqqətlə izlənilir.
Onun sözlərinə görə, razılaşma imzalanan kimi İrana qarşı tətbiq edilən blokada ləğv ediləcək: “Razılaşma qüvvəyə mindiyi anda blokada başa çatacaq”.
Son xəbərlər
Son Xəbərlər