Cəlilabadda “Azercell”in mobil rabitə xidmətlərində yaranan çətinlik aradan qaldırıldı

celilabadda-azercellin-mobil-rabite-xidmetlerinde-yaranan-cetinlik-aradan-qaldirildi
Oxunma sayı: 968

05.03.2024-cü il tarixində “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətləri ilə bağlı yaranan çətinlik aradan qaldırılıb.

“Qafqazinfo”nun “Azercell”dən əldə etdiyi məlumata görə, telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabelin zədələnmiş hissələri dərhal yenilənib, xidmətlərdən tam normal əsaslarla istifadə imkanı təmin edilib.