Cəlilabadda maşınlar toqquşdu - Xəsarət alanlar var

celilabadda-masinlar-toqqusdu
Oxunma sayı: 934

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazınfo” xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Mercedes” markalı minik avtomobilləri toqquşub və dörd nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov