İran yenidən İsrailə hücum etdi

iran-yeniden-israile-hucum-etdi
Oxunma sayı: 525

İran İsrailə yeni raket hücumları dalğasına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, İranın başlatdığı yeni raket hücumuna cavab olaraq hava hücumundan müdafiə sistemləri işə salınıb.

Bəyanatda Daxili Cəbhə Komandanlığının təhdid altında olan ərazilərdəki mobil telefonlara xəbərdarlıq mesajları göndərdiyi və insanlara sığınacaq axtarmağı tövsiyə etdiyi qeyd olunub.

İsrailin paytaxtı Təl-Əvivdə və ətraf ərazilərdə fasilələrlə siren səsləri eşidilib.