“Sertifikatlaşdırmada çətin heç nə yoxdur, müəllimlər bir az çalışsalar, bunun öhdəsindən layiqincə gələcəklər”.
“Qafqazinfo” xəbər verir ki, bunu ötən il təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsində maksimum 60 balı toplayan Qusar rayonu Urva kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Səidə Bağışova deyir. Təhsil Tv həmin müəllim haqqında videoreportaj hazırlayıb.
Səidə müəllim doğulduğu, böyüdüyü Urva kəndində yaşayır və 21 ildir ki, elə bu kəndin məktəbində də çalışır. O deyir ki, insanın hədəfi varsa mütləq ona nail də olur. Onun hədəfi isə elə 60 bal toplamaq olub.
Həmin videonu təqdim edirik: