Ceyms O'Brayn Azərbaycana gəlir

ceyms-obrayn-azerbaycana-gelir
Oxunma sayı: 6085

ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Azərbaycan və Rumıniyaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər dekabrın 6-dan başlayaraq 8-dək davam edəcək. 

O'Braynın səfər çərçivəsində Azərbaycan və Ermənistan arasındakı münasibətləri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, O'Brayn Azərbaycandan sonra Rumıniyaya səfər edəcək.