Ceyran Rəhimovaya ağır itki - Foto

ceyran-rehimovaya-agir-itki
Oxunma sayı: 9907

Məşhur aparıcı Ceyran Rəhimovaya ağır itki üz verib.

“Qafqazinfo” Moderator.az-a istinadən xəbər verir ki, onun bacısı dünyasını dəyişib.

C. Rəhimova açıqlamasında bacısının qaraciyər problemindən vəfat etdiyini deyib: “10 günün içində rəhmətə getdi. Ağır xəstəlik yaşamadı”.

Qeyd edək ki, C. Rəhimova uzun illər AzTV-də “Sən bir nəğmə” verilişinin aparıcısı olub. Bu yaxınlarda aparıcı tezliklə efirə qayıdacağını bildirmişdi.