Azərbaycan bazarına ötən ilin mart ayında daxil olan və öz seqmentində böyük tələbata səbəb olan “CHANGAN UNI-V” modeli artıq daha əlçatandır.
“CHANGAN” Azərbaycan ən sevilən modeli olaraq tanınan “UNI-V” modeli üçün “UNI-Versal təklif” kampaniyasına başlayıb. Avtomobilin ən yüksək təchizatı 42.900 AZN deyil, 38.900 AZN-ə təklif olunur. Bu kampaniya ilə alıcılar qeyd olunan modelin nağd alışı zamanı və ya bank krediti yolu ilə əldə etdikdə, 4000 AZN endirim əldə etmiş olurlar. Qeyd olunan kampaniya yalnız 2023-cü il istehsalı olan 20 avtomobil üçün nəzərdə tutulmuşdur.
“UNI” krossoverlərində olduğu kimi bu modeldə də avtomobil çərçivəsiz radiator barmaqlıqlara, nazik fənərlərə, çıxıntılı yan tərəfə və geri çəkilə bilən qapı tutacaqlarına malikdir. 18-düymlük təkər diskləri, arxa bamperdəki böyük diffuzor və buraxılış sisteminin iri boruları “CHANGAN UNI-V” modelinin idman görünüşünü yaradır.
“UNI-V” modeli “UNI” seriyasından olan krossoverlərlə eyni modul, MPA platformasında qurulub. Əsas versiyada 188 at gücünə malik 1,5 turbo mühərrik və 8 Aisin avtomatik transmissiyası var. Ölkəmizə avtomobil 2 təchizatda gətirilib. İstehsalçı yeni modeli 7 pilləli avtomat sürət qutusu ilə və 1.5 litrlik turbo mühərriklə təchiz etmişdir.
Eyni zamanda “UNI” seriyası üçün 6 il və 250.000 km zəmanət təklifi də keçərlidir.Həmçinin, istənilən avtomobili təqdim edib, müəyyən dəyərləndirmədən sonra birbaşa salonda barter etmək imkanı da vardır.
Avtomobili şəxsən canlı şəkildə görmək, bütün özəlliklərini qiymətləndirmək üçün “Changan Azəbaycan”a müraciət edin!
Ətraflı məlumat üçün:
*5544
Ünvan: Əhməd Rəcəbli 40B




Son xəbərlər
Son Xəbərlər