“Charlie Hebdo”dan dəhşətli zəlzələyə biabırçı reaksiya - Foto

charlie-hebdodan-dehsetli-zelzeleye-biabirci-reaksiya
Oxunma sayı: 6795

Fransanın satirik “Charlie Hebdo” jurnalı Türkiyədə baş verən dəhşətli zəlzələyə lağ edib.

“Qafqazinfo” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, jurnal Türkiyədə zəlzələ nəticəsində baş verən dağıntıları əks etdirən karikatura çəkərək “Tankları göndərməyə ehtiyac belə qalmadı” şərhini verib.

Jurnal sözügedən fotonu öz rəsmi tviter hesabında “Günün karikaturası” başlığı ilə paylaşıb. Paylaşım sosial şəbəkələrdə etirazlara səbəb olub. 

Qeyd edək ki, bu, “Charlie Hebdo” jurnalının ilk belə addımı deyil. Belə ki, jurnal daha əvvəllər də müxtəlif ölkələrin dini və milli dəyərlərini təhqir edən karikaturalar çəkib.