CHERY avtomobilləri 10 il və ya 1 000 000 km zəmanətlə! - Fotolar

chery-avtomobilleri-10-il-ve-ya-1-000-000-km-zemanetle
Oxunma sayı: 5414

“Chery” brendi avtomobil bazarında öz keyfiyyətinə əminliyini bir daha sübut etdi. Beləki, Chery Bakı Mərkəzi Tiggo 8 PRO və 8 PRO Max modellərinə 10 il və ya 1 000 000 km zəmanət təqdim etdiyini açıqladı.

Chery Automobiles - 1997-ci ildə təsis olunmuşdur və artıq 25 ildir ki, fəaliyyət göstərir. Hal-hazırda “Chery” 80-dən çox ölkədə təmsil olunur və dünya üzrə 1500-dən çox satış mərkəzinə malikdir.

Xatırladaq ki, “Chery” ilə “Efendiler Group”un əməkdaşlığı 2021-ci ildə başlayıb. Azərbaycanda bu avtomobillərin və ehtiyat hissələrinin satışı, texniki xidməti Bakı şəhəri, Babək prospekti, 37 ünvanında həyata keçirilir.

Qeyd edək ki, hal-hazırda “Chery” şirkətinin ən son korporativ standartlarına uyğun satış mərkəzinin tikintisi davam edir və qısa zamanda təhvil veriləcək.

https://www.instagram.com/chery_azerbaijan/