Çilidə meşə yanğınları - Xeyli sayda ölən var

cilide-mese-yanginlari
Oxunma sayı: 1562

Çilidə meşə yanğınları baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, 51 nəfərin ölümü ilə nəticələnən meşə yanğınlarına görə ölkədə fövqəladə vəziyyət elan edilib.

Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini söyləyirlər.

Daxili işlər naziri Karolin Tohanın sözlərinə görə, ölkənin müxtəlif bölgələrində təxminən 92 aktiv yanğın var və indiyədək təxminən 43 min hektar ərazini əhatə edib.