Çilidəki yanğında ölənlərin sayı 112-yə çatdı - Video - Yenilənib

cilideki-yanginda-olenlerin-sayi-112-ye-catdi
Oxunma sayı: 1700

Çilidə meşə yanğınları nəticəsində həlak olanların sayı 99 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Məhkəmə-tibbi ekspertiza xidməti öz “X” hesabında paylaşıb.

Ölü sayının artacağı istisna edilmir. Hazırda xilasedicilər təbii fəlakət zamanı dağılan evlərdə axtarışlar həyata keçirir. Bir neçə yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Qeyd edək ki, Çilinin mərkəzi hissəsində meşə yanğınları fevralın 2-si başlayıb. Yanğın nəticəsində 1600 insan evsiz qalıb. Ölkənin Valparaiso bölgəsində fövqəladə vəziyyət rejimi, fevralın 5-dən başlayaraq isə üçgünlük matəm elan edilib.

***

Çilidə meşə yanğınları nəticəsində həlak olanların sayı 112 nəfərə çatıb.