Çin 2030-cu ilə qədər insanlı missiya təşkil edərək Aya ayaq basmağı hədəflədiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) direktor müavini Lin Xiqiang mətbuat konfransı zamanı bildirib.
Lin proqramın əsas məqsədinin 2030-cu ilə qədər Aya enmək və orada elmi araşdırmalar və texnoloji təcrübələr aparmaq olduğunu qeyd edib.
Çin rəsmisi bildirib ki, proqram zamanı gediş-dönüş, eniş, qısa müddət ərzində qalma, kəşfiyyat, nümunə toplama, araşdırma və geri dönüş kimi vəzifələr yerinə yetiriləcək.
Həmçinin oxuyun: Скончался "Шофер Ахмед"
"Bu missiya bəşəriyyətin Ay və Günəş sisteminin mənşəyi və təkamülü haqqında anlayışını dərinləşdirəcək və Çin Ay elminin inkişafına töhfə verəcək", - deyə Lin vurğulayıb.
Qeyd edək ki, Çin daha əvvəl aprel ayında 2050-ci ilə qədər Ayda tam funksional tədqiqat bazası yaratmaq planını açıqlamışdı.