​Si Cinpin Rusiyadadır - Video

si-cinpin-rusiyadadir
Oxunma sayı: 3443

Çin Xalq Respublikasının Sədri ​Si Cinpinin Rusiyaya dövlət səfəri başlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Çin sədrinin təyyarəsi Moskvanın “Vnukovo-2” hava limanına enib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı ilə Moskva vaxtı ilə 16:30-da görüşəcək.

Onun sözlərinə görə, tərəflər arasında təkbətək söhbət olacaq və söhbət qeyri-rəsmi naharda davam edəcək: “Bu gün Putin və Si Cinpin arasında qeyri-rəsmi, lakin birbaşa və çox vacib ünsiyyət olacaq. Dövlət başçıları öz mülahizələri əsasında ən aktual məsələləri qaldıracaqlar”.

Qeyd edək ki, Si Cinpinin Moskvaya ilk səfəri düz 10 il əvvəl, 2013-cü ilin martında baş tutub. Belə ki, martın 14-də o, Çin Xalq Respublikasının sədri seçilib və bir həftə sonra Çin lideri olaraq ilk xarici səfərini Rusiyaya edib.

Bildiirlir ki, son 10 ildə Vladimir Putin və Si Cinpin müxtəlif formatlarda 40 dəfədən çox görüşüblər.