Çində tornado nəticəsində 13 nəfər yaralandı - Video

cinde-tornado-neticesinde-13-nefer-yaralandi
Oxunma sayı: 1756

Çinin şimal-şərqindəki Liaoninq əyalətindəki Tieling şəhərində qasırğa baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, qasırğanın təsirli olduğu nöqtələrdə 13 nəfər xəsarət alıb, ən azı 60 ev və 300 hektar əkin sahəsinə ziyan dəyib.

Bölgədə yüksək sürətli qatarların hərəkətinin ləğv edildiyi bildirilir.