Çindən kənarda koronavirusa yoluxanların sayı artır

cinden-kenarda-koronavirusa-yoluxanlarin-sayi-artir
Oxunma sayı: 1101

Çindən kənarda koronavirusa yoluxanların sayı 2459 nəfərə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

ÜST-ün məlumatına görə, sutka ərzində ölümcül virusa yoluxanların sayı 390 nəfər artıb.

Bu virus Çindən başqa 33 ölkədə qeydə alınıb, 34 nəfər dünyasını dəyişib.