“Crescent Mall”da yeni “McDonald's” restoranının açılışı olub - Fotolar

crescent-mallda-yeni-mcdonalds-restoraninin-acilisi-olub
Oxunma sayı: 4358

Ötən gün “Crescent Mall” ticarət mərkəzinin fudkortunda sayca 25-ci “McDonald's Azərbaycan” restoranının açılışı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, müasir mühəndis və texnoloji həllərdən istifadə edilməklə layihələndirilmiş yeni “McDonald's” restoranı qida sənayesi sahəsində mövcud ən son texnologiyaların tələblərinə cavab verən avadanlıqlarla təchiz olunub. 

Qonaqlara çevik və operativ xidmət göstərmək üçün şəbəkənin digər restoranlarında olduğu kimi burada da kassa aparatlarından əlavə interaktiv özünəxidmət köşkləri quraşdırılıb.

Bu restoranın açılışı ilə 90-dan çox yeni iş yeri yaradılıb. Aparıcı ictimai iaşə şəbəkələrindən biri olaraq, “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 2500 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildir ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

“McDonald's Azərbaycan”ın tədarük və logistika, işəgötürmə kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.