Cüdoçularımız Avropa çempionatının ikinci günündə üç qızıl medal qazandı

cudocularimiz-avropa-cempionatinin-ikinci-gununde-uc-qizil-medal-qazandi
Oxunma sayı: 2120

Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən veteranlar arasında Avropa çempionatının ikinci günündə 3 qızıl medala sahib olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın ikinci günündə M3 yaş kateqoriyası və M4 yaş kateqoriyası üzrə 15 cüdoçumuz medal uğrunda mübarizə aparıb.

M3 yaş kateqoriyası üzrə Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) qızıl medal əldə ediblər.