Azərbaycan Millisinin cüdoçusu Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
“Qafqazinfo” xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev Komor adaları, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib.
Həlledici görüşdə belçikalı Matias Kasselə uduzan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Son xəbərlər
Son Xəbərlər