Cüneyt Arkın vəfat etdi

cuneyt-arkin-vefat-etdi
Oxunma sayı: 8639

Türkiyəli aktyor Cüneyt Arkın dünyasını dəyişib.

“Qafqazinfo” “CnnTurk”ə istinadən xəbər verir ki, o, İstanbulda müalicə aldığı xəstəxanada 85 yaşında vəfat edib.

Əsl adı Fəxrəddin Cürəklibatır olan C. Arkın 500-ə yaxın film və serialda rol alıb. Məşhur aktyor “Malkoçoğlu”, “Batdal Gazi”, “Kara Murat” səhnə adları ilə böyük populyarlıq qazanıb.

O, əsasən “Yeşilçam”ın əfsanəvi ulduzları Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla layihələrdə yer alıb.

C. Arkın Betül (Işıl) Cüreklibatır ilə evli olub. Onun iki oğlu, bir qızı var.

Qeyd edək ki, C. Arkın sonuncu dəfə bu ilin yanvarında vəfat edən həmkarı Fatma Giriklə bağlı hönkürə-hönkürə ağlayaraq verdiyi açıqlaması ilə gündəm olmuşdu.