Daha bir itkin şəhidin qalıqları tapıldı - Foto

daha-bir-itkin-sehidin-qaliqlari-tapildi
Oxunma sayı: 594

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhidin nəşinin qalıqları tapılıb.

“Qafqazinfo” xəbər verir ki, şəhid Piriyev Rəşadət Əli oğlunun nəşi müvafiq dövlət qurumları tərəfindən aparılan araşdırma və identifikasiya tədbirləri nəticəsində tapılıb.

Məlumata görə, şəhidin nəşi yaxın günlərdə ailəsinə təhvil veriləcək.

Şəhid Piriyev Rəşadət Əli oğlu mayın 22-si Bərdənin Yeni Daşkənd kəndində dəfn olunacaq.

Qeyd edək ki, Piriyev Rəşadət Əli oğlu 1 oktyabr 1973-cü ildə Bərdə rayon Yeni Daşkənd kəndində anadan olub. Kəlbəcər, Laçın, Ağdam, Ağdərə uğrunda gedən ağır döyüşlərdə həm rabitəçi operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi iştirak edib.

11 fevral 1994-cü ildə Kəlbəcərin Yanşaq kəndi uğurunda gedən döyüşlərdə şəhid olub.

Ziya Əmirxanlı