Fevralın 19-da saat 19:00 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının əri 1982–ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
T.Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
***
Sumqayıt şəhər prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, fevralın 19-u saat 19:00 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmişin əri 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər