Daha iki rayona yeni polis rəisi təyin edildi

daha-iki-rayona-yeni-polis-reisi-teyin-edildi
Oxunma sayı: 13328

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev isə digər əmrlə Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə göndərilib.