Daha iki səfirimiz geri çağırıldı - Yeni təyinat

daha-iki-sefirimiz-geri-cagirildi
Oxunma sayı: 8846

Prezident İlham Əliyev Ülvi Baxşəliyevlə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Ü. Baxşəliyev Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyevin daha bir Sərəncamı ilə Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.