“Ölkənin övladlarıyıq, tənqidləri, narazılıqları övlad kimi qəbul edirik. Küsməyə, inciməyə haqqımız yoxdur. Döyüşə girmişiksə, qaçmayacağıq. Sabah bəlkə yaxşı olmayan nəticələr olar, amma bu işə əl qoymuşuqsa, qaçmaq üçün gəlməmişik. Uduzsaq da, şərəflə uduzmaq istəyirik. Bu, əsas prinsipimizdir. Səs verən hər kəsə təşəkkür edirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisinin mükafatlandırılma mərasimində deyib.
O bildirib ki, bu mövsüm Azərbaycan futbolu üçün uğurlu il oldu: “Məqsədimiz ÇL qrupa düşmək idi. Bu mövsüm bacardıq. Bəlkə hamı düşünürdü ki, ÇL-də ilk qələbəmiz olsun, iki qalibiyyət oldu, özü də böyük klublara qarşı. Belə komandaların Azərbaycana gəlməsinə sevinirəm. Xalqımız böyük futbolun nə olduğunu bilir, hamı da buna hazırlaşır. Gözləyirsiniz ki, bu rəqib Bakıya nə vaxt gələcək? Hər biriniz daha artığına layiqsiniz. Son vaxtlar riskli futbol oynayırıq. “Ayaks”la matçda komandamın fiziki göstəriciləri ən yuxarı olanlardan birincisi idi. Hər bir oyunçu ən yaxşı səviyyədə qaçmışdı. Bu gün biz 60-70 dəqiqə dözə biliriksə, məqsəd qoyuruq ki, gələcəkdə daha da yuxarıya çataq. Milli çempionatda 90 dəqiqə oradakı tempi, sürəti görmürük. Çalışırıq ki, rəqiblərə aciz məğlub olmayaq. Avrokuboklarda cəsarətimizi daha da artırmışıq. Bu da futbolumuz üçün gələcəkdə əsas amillərdən biridir. Cəsarət, dözümlülük olmasa, istənilən səviyyəyə gəlib çatmarıq”.
“Təşəkkür edirəm ki, məni ən yaxşı baş məşqçi seçmisiniz. Məsuliyyətimiz artır. Bu vətənin övladlarıyıq, hər bir tənqidi övlad kimi, azərbaycanlı kimi qəbul edirik. Həmişə düşünürük ki, tənqidlər komandamızın xeyrinədir. Çalışacağıq ki, işimizi daha da yaxşılaşdıraq. Böyük komandalara qarşı da oynamaq üçün bizdə cəsarət var. Yıxılarıq, durarıq, amma sınmarıq.
Mən əslində hər şeyi Vətən müharibəsinə bağlayıram. Həmin vaxt biz də səfərlərə gedirdik. Düşmənlərimiz gəlib stadiona girirdilər, amma bilmirdilər ki, sonda nə olacaq. Biz də istəyirik ki, kiçik işimizi möhkəmləndirək və sonda ayaq üstə dura bilək. Xalqımıza təşəkkür edirəm ki, daim bizimlə olur. Özümüz də kasıblıqla böyümüşük. Daim qələbə olsa, nə marağı olacaq? Kim acılayacaq, kim tənqid edəcək? Normal qəbul edirəm. Maşında gəlirəm, sağdan biri siqnal verir, soldan biri deyir “təşəkkür edirəm”. Neqativ heç nə görməmişəmsə, xalqım haqda necə neqativ düşünə bilərəm? Həmişə xalqımla birlikdəyəm. Uduzsaq, həvəsdən düşməməyə çalışacağam”, - o əlavə edib.
Elsevər Məmmədov
Son xəbərlər
Son Xəbərlər