“Dediyi hər şeyə kor-koranə inanmaq təhlükəlidir”

dediyi-her-seye-kor-korane-inanmaq-tehlukelidir
Oxunma sayı: 1136

“Google” və onun ana şirkəti “Alphabet”in rəhbəri Sundar Piçai insanların süni intellektin verdiyi cavablara həddindən artıq etibar etməməli olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Piçai bu barədə BBC-yə müsahibəsində danışıb.

O, süni intellektin faydalı sahələrdə istifadə edilməsinin vacibliyini vurğulasa da, onun dediyi hər şeyə kor-koranə inanmağın təhlükəli olduğunu qeyd edib:

“Bu alətlərdən yalnız fayda verə biləcəyi sahələrdə istifadə edilməlidir. Onların dediklərinə tam güvənmək olmaz”.

Piçainin sözlərinə görə, müasir süni intellekt texnologiyaları hələ də səhvlərə meyllidir və xüsusilə xəbər mətnlərinin yenidən işlənməsi kimi məsələlərdə çox zaman yanılır:

“Süni intellekt sahəsinə qoyulan nəhəng investisiyalar real vəziyyətlə üst-üstə düşmür və əgər sektorda yaranmış “şişirdilmiş gözləntilər” partlasa, bütün şirkətlər bundan zərər görəcək. Eləcə də hazırkı sərmayə tempi “real olmayan dərəcədə yüksəkdir”.