Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır - Adlar

dehsetli-qezada-olenlerin-ikisi-qardasdir
Oxunma sayı: 4326

Xəbər verdiyimiz kimi, Biləsuvarda “Lexus” markalı minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində 5 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində ölənlərin kimliyi məlum olub.

Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.

Məlumata görə, Rusif və Vasif Həsənli qardaşdır.

Bəydili kənd sakini olan Əliqardaş Rəsulzadə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.

Fotoda: Əliqardaş Rəsulzadə

Surxay Şahbazov