Dəhşətli qəzadan əvvəl çəkdiyi - Video 1 il sonra yayıldı...

dehsetli-qezadan-evvel-cekdiyi
Oxunma sayı: 8625

Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qıstarovun hadisədən öncə lentə aldığı videogörüntülər üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüləri mərhumun oğlu Abbas Qıstarov paylaşıb.

O bildirib ki, atası Rəşid Qıstarovun telefonunu iki gün əvvəl əldə edib. Sözügedən görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.