41 illik dostunun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilən 71 yaşlı Nazim Xudaverdiyevin günahsız olduğu təsdiqlənib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.
Məhkəmə prosesində əvvəlcə ahıl müttəhimin vəkili Esmira Tağıyeva müdafiə çıxışı edib.
Vəkil bildirib ki, müvəkkili heç bir əsaslı sübut olmadan dələduzluq və rəsmi sənədləri saxtalaşdırma kimi ağır cinayətlərdə təqsirləndirilir.
Esmira Tağıyeva müdafiəsini Nazim Xudaverdiyevə qarşı dəfələrlə cinayət işinin başlanmasından imtina edilməsi, qarşı tərəfin müxtəlif vaxtlarda ziddiyyətli ifadələr verməsi və digər faktlarla əsaslandırıb.
Vəkil bütün bu əsaların nəzərə alınaraq müvəkkilinə bəraət verilməsini istəyib. Təqsirləndirilən şəxs də son sözündə ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Mahirə Kərimovanın sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin arqumentlərini əsaslı hesab edib.
Hökmə əsasən Nazim Xudaverdiyevə bəraət verilib. Həmçinin gələcəkdə təzminat tələb etmək hüququ izah edilib.
Qeyd edək ki, N.Xudaverdiyev həbsdə deyildi. Onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdi. Bu cinayət işinin təfərrüatları barədə daha əvvəl “Heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm” başlıqlı yazımızda geniş məlumat vermişdik.
Son xəbərlər
Son Xəbərlər