Bakıda ər-arvad dəm qazından zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib.
1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər.
R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırmalar aparılır.
***
Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, fevralın 11-də 1968-ci il təvəllüdlü qadın dəm qazından zəhərlənmə şübhəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub:
“Ona dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.
Son xəbərlər
Son Xəbərlər